» » Bərdədə qadın qadını ağacla döyərək xəstəxanalıq etdi

Bərdədə qadın qadını ağacla döyərək xəstəxanalıq etdi - FOTOLAR

Bölmə: Kriminal, BLOK XƏBƏR
İki qadının borc səbəbindən mübahisəsi tərəflərdən birini xəstəxanalıq edib. Başından ağac parçasıyla ağır zərbə alan gənc qadın reanimasiyaya yerləşdirilib.

Bərdədə qadın qadını ağacla döyərək xəstəxanalıq etdi Xalqinfo.az bildirir ki , “Qafqazinfo”nun anspress-ə istinadən məlumatına görə, Bərdənin Cumalar kənd sakini Gülanə Muradova ilə həmkəndlisi Afət adlı qadın arasında mübahisə yaranıb. Gülanə Muradovanın bacısının sözlərinə görə, qoşusu Afət Orucəli qızının Gülanəyə 3000 manat borcu olub.

Mübahisə də Gülanənin həmin məbləği tələb etməsiylə başlayıb, daha sonra davaya çevrilib. Gülanənin bacısı Turanə Həsənova iddia edir ki, Afət Orucəli qızı dava zamanı ağac parçasıyla ona və bacısına xəsarət yetirib. Gülanə Muradova başından aldığı zərbə nəticəsində huşunu itirib.

"Bacım dedi ki, mənim qızım xəstədir, borcunu ver, onu aparım həkimə, dava bunun üstündə oldu. Bel sapı ilə döydü", - deyə zərəçəkənin bacısı Turanə Muradova bildirib.

Yaxınları yaralını Bərdə MRX-na çatdırıb. Gülanə Muradovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan əldə edilən məlumata görə, 23 yaşlı Gülanə Muradova qapalı beyin travması diaqnozu ilə daxil olub. Aldığı zərbədən iflic vəziyyətinə düşən zərəçəkənin həyatı təhlükəsi davam edir. Daha dəqiq məlumatı isə beyin tomoqrafiyası çəkildikdən sonra əldə etmək mümkün olacaq. Hazırda faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.
Bərdədə qadın qadını ağacla döyərək xəstəxanalıq etdi
Bərdədə qadın qadını ağacla döyərək xəstəxanalıq etdi
Bərdədə qadın qadını ağacla döyərək xəstəxanalıq etdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler