» » Dostları ilə atasının evin

Dostları ilə atasının evin taladı

Bölmə: Kriminal
Dostları ilə atasının evin Göyçay rayonunda mənzildən oğurluq edən 3 nəfər tutulub.

Xalqinfo.az bildirir ki,Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, sahibkar İlqar Ömərov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri, 1990-cı il təvəllüdlü Ömərov Namiq İlqar oğlu, 1973-cü il təvəllüdlü Quliyev Seymur Qəzənfər oğlu və 1986-cı il təvəllüdlü Həsənov Teymur Məzahir oğlu saxlanılıb. Məlum olub ki, ev sahibi İlqar Ömərovun oğlu Namiq Ömərov dostları ilə qabaqcadan əlbir olaraq atasının evinə daxil olublar və içərisində 139 000 ABŞ dolları, 21 000 manat pul, külli miqdarda qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki, xeyli sənədlər, bank kartları olan dəmir seyfi oğurlayıblar.

Onlar seyfin içindəkiləri götürüblər və seyfi Yuxarı Şirvan kanalına atıblar. Saxlanılan şəxslərdən 91 250 dollar, qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki maddi sübut kimi götürülüb.

Qeyd olunub ki, Namiq Ömərov və onunla oğurluğu törədən dostları narkotik istifadəçisidir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Mənbə
APA

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler