» » 18 yaşlı azərbaycanlı qızı 4 oğlan

18 yaşlı azərbaycanlı qızı 4 oğlan qaçırdı

Bölmə: Kriminal, Dünya
18 yaşlı azərbaycanlı qızı 4 oğlan Rusiyada 18 yaşlı azərbaycanlı gənc qız oğurlanıb.

Xalqinfo.az-ın məlumatına görə, hadisə Leninqrad vilayətində baş verib. Şəhər kolleclərindən birinin şagirdi olan gənc qız özünün qaçırılması faktı barədə məlumat verib.

Azərbaycanlı qız mobil telefon vasitəsilə öz dayısına zəng edib. Gənc qız 4 naməlum oğlan tərəfindən bıçaqla hədələndiyini söyləyib. Azərbaycanlı qız deyib ki, onu maşına mindirərək naməlum istiqamətdə aparıblar.

Hazırda qızın telefonu sönülü olduğu üçün onunla əlaqə saxlamaq mümkün deyil. Qızın ailəsi polisə bildirib ki, qaçırılma hadisəsi baş verən gün 18 yaşlı gənc qız söz-söhbətdən sonra evdən gedib. Ailə daxili münaqişənin səbəbi isə qızın Azərbaycana getmək istəyi olub.

Qeyd edək ki, qız 2012-ci ildən Rusiyada yaşayır. Polislər hazırda hadisənin baş vermə səbəblərini araşdırırlar.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler