Əməliyyat: Qatil tutuldu

Bölmə: Kriminal
Əməliyyat:Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu Bakının Nərimanov rayonunda baş verən qətl hadisəsilə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Nərimanov rayon hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin açılması təmin edilib.

Belə ki, fevralın 28-də saat 23 radələrində rayonun A.Heydərov küçəsi, ev 2 mənzil 16-da kirayədə yaşamış Əliyev Bəxtiyar Mayıl oğlunun bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Kürdəmir rayon sakini, Məlikov Nicat Əliheydar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

N.Məlikov həyata keçirilən istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verib. O, qətl hadisəsindən sonra B.Əliyevin yaşadığı mənzildən oğurladığı mərhuma məxsus mobil telefon, kompüter və digər əşyaları istintaq orqanına təqdim edib. Həmin əşyalar maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler