» » “Dövlət təhlükəsizliyinə qarşı cinayətlər 80 faiz artıb” -

“Dövlət təhlükəsizliyinə qarşı cinayətlər 80 faiz artıb” - Nazir

Bölmə: Kriminal, BLOK XƏBƏR
“Dövlət təhlükəsizliyinə qarşı cinayətlər 80 faiz artıb” -Dünən Daxili İşlər Nazirliyində ilin yekunlarına dair kollegiya keçirilib.


Xalqinfo.az bildirir ki, qafqazinfo-nun verdiyi xəbərə görə, nazir Ramil Usubov çıxış edərək bildirib ki, ötən il də mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə sistemli xarakter daşıyıb: “Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törədən 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Aşkarlanmış qanunsuz odlu silah saxlama və daşıma faktları da 23 faiz çox olmaqla 167 şəxs cinayət məsuliyyətinə cəlb edilib, odlu silahla törədilən cinayətlərin sayı sabit qalıb. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 80 faiz çox, yəni 45 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 117 min manat, 35.000 ABŞ dolları və 307.500 rubl olan saxta əskinas, habelə istifadə müddəti ötmüş 300 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatında 23.847 cinayət işi olub. İstintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilən cinayət işlərinin sayı isə 5,4 faiz artıb. Dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz yaxşılaşaraq 78,2 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olan cinayət xarakterli məlumatın 87 faizi təhqiqatçılar tərəfindən araşdırılıb, onların da 54,2 faizi məhkəmələrə göndərilib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler