» » Bu gecə “Od çərşənbəsi” şəhid anaların köksündə qalanacaq


Bu gecə “Od çərşənbəsi” şəhid anaların köksündə qalanacaq

Bölmə: Köşə
Bu gecə “Od çərşənbəsi” şəhid anaların köksündə qalanacaq
Könül Quliyeva

Bu gecə “Od çərşənbəsi” şəhid anaların köksündə qalanacaq!

Bu gün səhər tezdən yuxudan oyanar-oyanmaz dostlardan çoxsaylı bayram təbrikləri aldım. Bayram əhval-ruhiyyəsində olmasam da, hər kəsi cavablandırmağı özümə borc bildim. Heç birinə yaza bilməsəm də ürəyimdə pıçıldadım ki, əzizlərim, mən artıq beş ildir bayramları qeyd edə bimirəm. Aldığım hər təbrik sanki ürəyimdəki yaraların qaysağını qoparır.

Sizcə yavrularından ayrı düşmüş ana necə bayram süfrəsi açar, üzü gülər, şənlənər? Bayramlarda yalnız hər birinin adına şam yandırıb, ta sönənədək gözləyirəm. O şamlarla birgə özüm də yanır, əriyib yox oluram. Şamlar yanıb bitdikdən sonra cismimi götürüb evdən çıxıram. Ayağım hara getsə, başımı da o yerlərə götürüb qaçıram.

Bu gün aldığım təbriklərdən daha çox təsirləndim. Həm vətəndən uzaqlarda olmağım, həm də çəkə bilməyəcəyim dərdlərim məni rahat buraxmadı. Bir yanda bayram ab-havasını, digər yanda kədərli ailələrin göz yaşlarını seyr etmək çox cansıxıcıdır. Vətən uğrunda övlad itirmiş ŞƏHİD anasının göz yaşlarından utandım.

Təntənə ilə bayram edən dostlarım sizlər necə? O analardan heç xəbəriniz varmı? “Bala” deyib nalə çəkən səslərini duyursunuzmu? Əlləri analarından əbədi üzülmüş şəhid oğulların, bir-birilə qol-qola qalan nəşindən xəbəriniz varmı? O cansız soyuq bədənlərin od tutub yanan doğmalarını təsəvvür edirsinizmi?

Nə olar, bu günlərdə bayram ovqatımızı ətrafa nümayiş etdirməyək. Durmadan paylaşdığınız tonqal şəkillərini yığışdıraq. Şəhid balalarımızın, qardaşlarımızın ruhu xatirinə, analarının göz yaşlarına şərik olaq.

Bu gecə yandıracağımız bayram şamları, bala itirmiş anaların köksündə yanacaq. Bu gecə qalayacağımız tonqallar ŞƏHİDLƏRİN ruhuna ərmağan olsun. Bu, "OD" çərşənbəsi onlar üçün yansın, tüstüsü göylərə sovrulsun. Bu gecə onlardan əbədi ayrılığımızın vida mərasimi olsun.


Xalqinfo.az üçün

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler