» » "Azərbaycan" haqqında bilmədiklərimiz

"Azərbaycan" haqqında bilmədiklərimiz

Bölmə: Köşə
"Azərbaycan" haqqında bilmədiklərimiz
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru Faiq ƏLƏKBƏROV

«Azərbaycan» haqqında bilmədiklərimiz - I yazını "XALQİNFO" təqdim edir

XX əsrin əvvəllərinə qədər «Azərbaycan» an¬la¬yışı daha çox iki mənada işlədilmişdir: 1. Ta¬rixi-siyasi Azərbaycan (Atropatena, Atropata məxsus öl¬kə, türklərin yurdu, eləcə də orta əsrlərdə Azərbaycan vi¬la¬yə¬ti, Azərbaycan ölkəsi və b.); 2. Təbii-coğrafi Azər¬baycan (odlar yurdu, od saxlanan yer, atəşpərəstlərin ölkəsi, od qoruyucusu, yüksək və böyüklərin yeri və b.).
Hələ orta əsr tarixçilərindən bir qismi (X.Karki, Y.Həməvi və b.) bu sözün ilk mən¬şə¬yini yunan-romalı sayaraq İran-fars dilləri əsasında izah etməyə çalışmışlar. Onlara görə, Atropatena sözü Əhəməni¬lərin canişini olmuş Atropatın adından törəmiş və «Atropata məxsus (olan yer, ölkə)» mənasını verərək indiki Azərbaycan adının ilkin forması olmuşdur. Azərbaycan adının bu izahı Strabonun «Coğra¬fiya»sındakı yazıya, yəni yunan-roma coğrafiya düşüncələrinə uyğundur. İilk dəfə Strabon Manna ərazisinin sonrakı adı olan «Kiçik Midi¬ya»nı Atro¬patena adlandır¬ar¬kən, vaxtilə Atropatın burada canişin olduğunu əsas götürmüşdür. Deməli, bu qrup tədqiqatçılar «Azərbaycan» sözünü antro¬ponim, qismən də etnonim mənada yozmuşlar: «atropat» ya tayfa rəhbərinin, ya da tayfanın adı ol¬muşdur.
Orta əsrlərdə başqa qrup tarixçilər (Təbəri, H.Qəz¬vini və b.) isə, bu adın ölkədəki atəşgah, od anlayışları ilə bağlı olaraq yarandığını yazmışlar. Təbəri, H.Qəzvini və b. müəlliflərə görə «azər», «atr»-pəhləvi dilində od, atəş «pat»-qoruyucu, «qan» isə yerbildirən şəkilçidir. Adın ikinci kökü Əzərbaz/Azərabad adlı peyğəmbərlik iddia-sında olan birisinin (Nuhun oğlu Azərin) od məbədi tikdirməsi ilə bağlıdır. Qeyd edək ki, Orta çağda «Azərbaycan» sözünün yad dillərdə izahı yeganə olmamış, Azərbaycan türk tarixçilərindən F.Rəşidəddin (XIII-XIV əsr), M.H.Xələf-ət Təbrizi (XVII əsr) və b. isə tarixi əsərlərində bu anlayışı yerli dildə – türk dilində izah etmişlər. F.Rəşidəddinə görə, «Azərbaycan» adının yaran¬ma¬sı əfsanə¬vi Oğuz xanla bağlıdır. Oğuz xan Azərbaycanda məskunlaş¬dıq¬dan sonra əmr edir ki, hərə bir ətək torpaq gətirərək təpə yapsınlar: ««Azər» türkcə uca demək¬dir, bayqan varlıların, böyüklərün yeri mənasını verir (Bu ölkə belə adla tanındı və elə buna görə də bu gün Azər¬bay¬can adlanır)». Bütöv¬lükdə, «Azərbaycan» sözünü yad dillərdə izah edən ikinci qrup alimlər bu anlayışı oykonim (yun., yurd, məskən), yəni təbii-coğrafi faktorla bağlamışlar.
İstər orta əsrlərdə – Atabəylər, Qaraqoyun¬lular, Ağqoyunlular, Səfəvilər dövr-lərində, istərsə də, çar Rusiyası dövründə bəzi hallarda, hər iki coğrafiyanın – Şimali və Cənubi Azərbaycanın birlikdə «Azərbaycan» adlandırılmasına rast gəlirik. Xüsusilə Şimali Azərbaycan çarizm dövründə «Qafqaz», «Zaqafqaziya» və yaxud da quberniyaların adı ilə yanaşı, «Azərbaycan» kimi də anılmışdır. XIX əsrdə Şi¬mali Azərbaycanda olmuş çar Rusiyasının komandanları, məmurları, mütəfəkkirləri (Sisyanov, Paskeviç, İ.Qudoviç, A.Qriboyedov, V.Krivenko və b.) bu ərazini «Adzerbey¬djan», «Adzerbidzam», «Aderbidjan» və s. kimi yazmışlar. Bir çox hallarda yerli əhalinin milli mənsubiy¬yəti «Azərbaycan tatarları», dili isə türk-tatar dilinin «Azərbaycan ləhcəsi» adlandırılmışdır.
Çar Rus¬iya¬sının təbliğatı nəticəsində bəzi mütəfəkkirlərimiz də (A.A.Bakıxanov, M.Kazım bəy və b.) bu anlayışlardan istifadə etmişlər. Belə ki, XIX əsrdə yerli alimlər «Azərbaycan» sözünün izahı ilə bağlı iki mülahizə irəli sürmüşlər. A.A.Bakıxanov və H.Z.Şirvani «Azərbaycan» sözünü fars dilində izah edərək onu atəşpərəstlik, atəşgahla, hətta Babəkin adı bağladıq¬ları halda, Mirzə Kazım bəy isə, onlardan fərqli olaraq bu anlayışın «odlar yurdu» mənasına qarşı çıxmışdır. Onun fikrincə, «Azərbaycan» sözü farscaya aid olmayan Şimali Midiya xalq¬ının dilində yazılmış «Avesta»dakı «Arien-Vecd» vila¬yətinin adı ilə bağlıdır. Deməli, M.Kazım bəy Bakıxanov və H.Z.Şirvani tərəf¬indən «Azərbaycan» anlayışı ilə bağlı qəbul edilmiş «qəd¬im ənə¬nəni» – bu sözün farsca izahını inandırıcı say¬mayaraq onun fars¬la¬ra aid olmayan «milli» varinatını irəli sür¬müş və bu sözü təbii-coğrafi anlam kimi qəbul etmişdir.
XX yüzilliyin əvvəllərin¬dən başlayaraq isə «Azərbaycan» anlayışı, yurdumuz¬un şimalın¬da əvvəlcə siyasi-ideoloji, sonralar isə, həm siyasi-ideoloji həm də etnik məna daşımağa başlamışdır. Xüsusilə, «Azərbaycan» anlayışının «Azərbaycan dili», «azərbaycanlı», «Azərbaycan milləti» və s. kimi etnik məna daşıması həm düşündürücü, həm də maraqlıdır. «Azərbaycan» sözünün siyasi-ideoloji və etnik məna daşıması qismən XIX əsrin sonu və əsasən XX əsrin əv¬vəl¬lərindən başlamışdır. Xüsusilə 1918-ci ildə çar Rusiyasının müstəmləkəsi olmaqdan xilas olaraq, öz müstəqilliyini elan etmiş Qafqaz dövlətlərindən birinin «Azərbaycan» adlan¬ma¬sı bu anlayışa olan marağı son dərəcə yüksək səviyyəyə qal¬dırmışdır. 1918-ci ilə qədər «təbii-coğrafi», yaxud da «ta¬ri¬xi-siyasi-coğrafi» məna daşıyan, daha çox bu yöndə elmi mü¬bahisələrin obyekti olan «Azərbaycan» anlayışı, bu dövr¬dən etibarən siyasi-ideoloji və etnik müstəviyə keçmişdir.
Ümumiyyətlə, XX əsrdə «Azərbaycan» sözünün siyasi-ideoloji və etnik mənada izahı aşağıdakı üç mərhələdən keç¬mişdir:
1. XIX əsrin sonu – XX əsrin əvvəllərindən 1936-cı ilədək;
2. 1937-ci ildən 1991-ci ilədək;
3. İstiqlalımızın bərpasından (1991) bu günədək.
İlk mərhələdə – XIX əsrin sonu, XX əsrin əvvəllərində «Azərbaycan» anlayışı ilə əlaqədar vəziyyət bir qədər dəyişmişdir. Belə ki, bu dövrdə bəzi ziyalılarımız (Ünsizadə qardaşları, M.Şahtaxtlı, F.B.Köçərli, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Y.V.Çəmənzəminli, Ü.Ha¬cı¬¬bəyli və b.) «Azərbaycan» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atmışlar. XIX əsrin sonlarında M.Şahtaxtlı yazırdı ki, Zaqafqaz¬iya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türkdürlər-Azərbaycan türkləri: «Gün¬dəlik həyat¬ımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud aderbedcanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlman¬larını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olar¬dı».
«Azərbaycan» anlayışı ilə bağlı kəskin dönüş isə birinci Dünya müharibəsi illərində (1914-1918) baş vermişdir. Bu dövrdə «Azərbaycan» anlayışının tamamilə yeni siyasi-ideoloji prinsipləri işlənib hazırlanmışdır. Əvvəlki məna¬lar¬dan fərqli olan «Azərbaycan» sözünün yeni məna kəsb et¬mə¬sinə başlıca səbəb isə, 1918-ci ildə Cənubi Qaf¬qazda qurulan dövlətlərdən birinin «Azərbaycan Cüm¬hu¬riyyəti» adlandırması olmuşdur. Bununla əlaqədar Azər¬bay¬can Cüm¬huriyyətinin qurucusu və ideoloqu M.Ə.Rə¬sul¬zadə yazır: «I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilirdi. Hərbdən və böyük Rusiya inqilabından sonra dil¬lər¬də dolaşan Azərbaycan hazırda Azərbaycanın şima¬lın¬da Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Ba-kıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etiba¬ri¬lə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərq¬li¬dir¬lər». Deməli, «Azərbaycan», «azərbaycanlılar» anlayışları yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğrafi-siyasi» və «təbii-coğrafi», yaxud da coğrafi məkan, vilayət, əyalət və s. anlamlarından kənara çıxaraq siyasi-ideo¬loji mənada milli ideologiya səviyyəsinə qədər yüksəl¬mişdir. «Azərbaycan» anlayışının milli ideyalardan birinə çevrilməsi nəticəsində də «Azərbaycan milləti», «Azərbay¬can türk milləti», «azərbaycanlı», «Azərbaycan xalqı», «Az¬ər¬baycan türk dili», «Azərbaycan türk dövləti» və b. istilah¬lar istər ölkə daxilində, istərsə onun xaricində müəy¬yən sta¬tus qazanmağa başlamışdır.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımıdır ki, 1918-ci ildə yeni dövlətin «Azərbaycan» adlandırılması istər ölkə, istərsə də ondan kənarda etirazlara səbəb olmuş, xüsusilə Azərbaycan türk burjuaziyasını təmsil edənlər buna qarşı çıx¬mışdılar. Sonuncular hesab edirdilər ki, gürcülər və er¬mə¬ni¬lər millətlərinin adlarına uyğun olaraq ölkələrinə Gür¬cüs¬tan və Ermənistan ismi verdikləri halda, türklərin döv¬lət¬lə¬ri-nə «Azərbaycan» adı verilməsi doğru deyil. Onlara görə, «Azərbaycan» ismi türk mənsubiyyətini ifadə etmirdi. Türk ziyalıları, türk burjuaziyası yeni dövlətin Cənubi Qafqaz Türk Cümhuriyyəti adlandırılmasını təklif edirdilər. Hətta xalq arasında belə bir fikir də yayılmışdı ki, yeni dövlətə «Azərbaycan» adını verənlər bəlkə özlərini İrana bağlamaq istəyirlər. Buna səbəb isə, o zamana qədər «Azər¬bay¬can» adının daha çox İranın siyasi-inzibati vilayət¬lə¬rin¬dən biri kimi çəkilməsi idi. Bu baxımdan Əmin Abid yazırdı ki, 1918-ci ildə Cənubi Qafqaz Seymində təmsil olu¬nan türk¬lə¬rin gürcülər və ermənilərdən fərqli olaraq ölkə¬lərinə ver¬dik¬ləri «Azərbaycan» adı millətin adına uyğun olmamışdır: «An¬caq bizdən daha irəli görüşlü olan qonşu¬larımız hadi¬sə-yə millət açısından yaxınlaşaraq doğru bir tanımlamayla öz ölkələrinə Gürcüstan və Ermənistan adını verdikləri halda, türk üzvlər hökümətimizin adıyla ilgili fərqli bir görüş ortaya qoydular. Seymdəki türklər hökü¬mə¬timizə Azər¬bay¬can adını vermişlərdir».

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler