» » “Nə qız qaçırtması?

“Nə qız qaçırtması? Ölkə dərəbəylikdir məgər?

Bölmə: Köşə
“Nə qız qaçırtması?  “Nə qız qaçırtması? Ölkə dərəbəylikdir məgər? Elə bir şey olmayıb, ümumiyyətlə mənim heç kimə borcum yoxdur” .
Xalqinfo.az bildirir ki,bu barədə müğənni Niyam Səlaminin prodüsseri Eldəniz İsrailov ANS PRESS-ə açıqlamasında deyib. Onun sözlərinə görə, bunlar sadəcə kimlərinsə uydurmasıdır.

Prodüsser onu da vurğulayıb ki, bir müddət əvvəl Fəridə Əliyeva adlı müğənni ilə tanış olub. Müğənni ondan mahnı almağa köməklik etməyi xahiş edib.

“Fəridə Əliyeva ilə bizim ortaq dostumuz var, onun vasitəsilə tanış olmuşuq. Mənə dedilər ki, həmin xanıma kömək lazımdır, mahnı almaq istəyir. Hansısa bəstəkarla danışmışdılar ki, 4 min manata mahnı alsınlar. Dedim ki, o qədər pula mahnı almaqdansa, 1500 manata mahnı al, 1500 manata da onu aranjeman etdir”.

Prodüsser vasitəsilə mahnı alan müğənni sonradan ondan xoşu gəlməyib: “Onun üçün İsmayıl Əliyevdən mahnı aldıq və aranjeman etdirdik. Hər şey qaydasında idi. Sonradan Nərmin adlı xanımla danışıblar və fikirlərini dəyişib. Nərmin mənə dedi ki, biz bu mahnını istəmirik, onun arenjemanından xoşumuz gəlmir. Dedim xoşuna gəlmir gəl dəyişdirək. Razılaşdıq və problem həll olundu. Hazırda mənim heç kimlə problemim yoxdur”.

Qeyd edək ki, Niyam Səlaminin prodüsseri Eldəniz İsrailov barədə polisə şikayət verildiyi barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, prodüsser borcunu qaytarmamaqda və qız qaçırmaqda günahlandırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler