» » "Sənin ürəyində güllələnibdir" Dilsuz Musayev

"Sənin ürəyində güllələnibdir" Dilsuz Musayev

Bölmə: KİTAB ALƏMİ
"Sənin ürəyində güllələnibdir" Dilsuz Musayev
"Xalqinfo" şair -publisist Dilsuz Musayevin bəzi şeirlərini təqdim edir.


NƏYƏ LAZIM?

Qəlbimdə bəslənən şirin diləksən,
Sinəmdə döyünən odlu ürəksən,
Sən zərif ləçəkli canlı çiçəksən,
Bağçalarda bitən gül nəyə lazım?!

Telimi darayan xəfif küləksən,
Bir cüt qara gözlü ahu, mələksən,
Bu sevən könlümçün dünyada təksən,
Sənsiz keçən ömür,il nəyə lazım?!

Eşqindən nitqimdə dönüb lal olur,
Baxışın könlümdə od,alov salır.
Birdə ki,nə deyim,sevənlər bilir
"Gözlər danışanda dil nəyə lazım?!"

Həyat yollarınınduman,çəni var,
Bizi qorxutmasın həsrət,intizar.
Sən ömür bağımda solmayan bahar,
Mixək nəyə lazım,hil nəyə lazım?!

Söylə,bəs inciyib,küsməyin nədən,
Nə deyim, ay gülüm,bu işinə mən!
Bir qurban kəsərəm gəlişinə mən,
Ürəyim odlansa kül, nəyə lazım?!


VƏTƏN

Səni yağmaladı yağı əlləri,
Başın çox qovğalar çəkəsi oldu.
İkiyə bölündün,o vaxtdan bəri
"Gülüstan" tarixin ləkəsi oldu.

Dilsuz Musayevin xüsusi şerindən

Didsə də köksümü bu daş qəfəslər,
Hər gecə bətnimdə bur gündüz yaşar...

Sevgiyə aid bir parça

Mənim dustaq eşqim bir məhbus kimi
Sənin ürəyində güllələnibdir...

"Sənin ürəyində güllələnibdir" Dilsuz Musayev

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler