» » Nazirlik 6 aylıq gəlirini açıqladı -

Nazirlik 6 aylıq gəlirini açıqladı - 16 milyon manat

Bölmə: İqtisadiyyat
Nazirlik 6 aylıq gəlirini açıqladı - 2014-cü il ərzində 72 turizm şirkətinə xüsusi razılıq (lisenziya) verilib. Mədəniyyət və Turizm Nazirliyindən lent.az-a verilən məlumata görə, bu şirkətlərdən 71-i Bakı şəhəri, 1-i isə Gəncə şəhəri ərazisində yerləşir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şirkətlərin sayı 276-dır. Bu şirkətlərin təqribən 35% gəlmə və daxili turizm, 65% isə getmə turizm növü ilə məşğul olur.


2013-cü ilin analoji dövrü (241 şirkət) ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5% artım müşahidə olunub. Bu da ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasının, sahibkarların bu sahəyə marağının artmasının və turizmin davamlı olaraq inkişafının göstəricisidir.


Bu il turizm şirkətlərində çalışan işçilərin sayı təqribən 1600 nəfər olub. 2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən, turizm məhsulunun, göstərilən xidmətlərin satışından əldə olunan gəlir (ƏDV və digər rüsumlar daxil olmadan) 16 mln AZN-dən artıq təşkil edib. Bu da keçən ilin analoji dövrü (14 mln AZN) ilə müqayisədə 14,3% çoxdur. Turizm şirkətləri tərəfindən büdcəyə edilmiş ödənişlərin məbləği (2 mln AZN) isə keçən ilin analoji dövrü (1,3 mln AZN) ilə müqayisədə təqribən 53,8% çox olub.


Turizm şirkətləri ilk növbədə Azərbaycan Turizm Assosiasiyası və bu ildən fəaliyyət göstərən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi (sağlamlıq turizmi üzrə), həmçinin Azərbaycan Konqreslər Bürosu (MİCE turizmi üzrə) çərçivəsində sıx əməkdaşlıq edirlər.


Eyni zamanda, qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Qeyd edək ki, vətəndaşların məmnunluğunun və rahatlığının təmin edilməsi, şəffaflığın artırılması və yeni texnologiyaların tətbiqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması və müraciətlərin edilməsi üçün nazirliyin rəsmi internet səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az) yaradılıb. Bu portal vasitəsilə turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün edilən müraciətlərə baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler