» » Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı -

Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı - RƏSMİ

Bölmə: İqtisadiyyat
Bakıda dollar və rubl əməliyyatları məhdudlaşdı - Bakı Fond Birjasında (BFB) dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb
BFB-dan apa -ya verilən məlumata görə, beynəlxalq bazarlarda ABŞ dolları - Rusiya rublu (USD-RUB) valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən birjanın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.

Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.

Məlumatda qeyd edilib ki, BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı əlavə olaraq açıqlama veriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler