» » Azərbaycanda qiymətli kağızların ilkin bazarı 9% azalıb

Azərbaycanda qiymətli kağızların ilkin bazarı 9% azalıb

Bölmə: İqtisadiyyat
Azərbaycanda qiymətli kağızların ilkin bazarı 9% azalıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın investisiya qiymətli kağızları bazarında ümumilikdə 12 071,5 mln. manat həcmində əməliyyat aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Xalqinfo”ya verilən məlumata görə, əməliyyatların 80,1%-i (9 666 mln. manatı) ilkin bazarda, 19,9%-i (2 405,6 mln. manatı) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 69% artıb.

Hesabat dövründə real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,1% (447,9 mln. manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 20,7% artaraq 759,3 mln. manata çatıb.

Bununla yanaşı, hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalaraq 9 315,3 mln. manat təşkil edib. Bunun 951,7 mln. manatını dövlət istiqrazları, 8 363,6 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 40 hərrac keçirilib və müvafiq olaraq, 527 mln. manat və 8,140 mln. manat məbləğində yerləşdirmə olub.

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 842,9 mln. manat olub. Dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artım nümayiş etdirərək 490,4 mln. manat təşkil edib.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler