» » Dünya bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı keçirilən islahatları yüksək

Dünya bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı keçirilən islahatları yüksək - QİYMƏTLƏNDİRDİ

Bölmə: İqtisadiyyat
Dünya bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı keçirilən islahatları yüksək
Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrin iqtisadiyyatlarının cari vəziyyəti, maliyyə, biznes və investisiya sferalarında müşahidə olunan trendlərin ətraflı analiz olunduğu növbəti hesabatını açıqlayıb.

“Xalqinfo”nun Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatlar yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər müsbət təsirlərini göstərir. Belə ki, milli məzənnənin sabit qalması sayəsində son zamanlarda bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına 2019-cu ilin ilk yarısında sektorun göstəriciləri yaxşılaşıb. Hesabatda xüsusi olaraq, problemli kreditlərin azalmasının səbəbi kimi ölkə başçısı İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın mühüm rol oynadığı vurğulanıb. Həmçinin, 2014-2015-ci illərdə baş vermiş maliyyə çətinliklərindən sonra sektor üzrə kreditləşmə sahəsində aktivliyin yüksəlməsi, kreditlərin verilməsi əmsalının artdığı qeyd olunub.

Eyni zamanda vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler