» » “Nar Mobile” yeni kampaniyaya imza atdı

“Nar Mobile” yeni kampaniyaya imza atdı

Bölmə: İqtisadiyyat
“Nar Mobile” yeni kampaniyaya imza atdı“Irshad Electronics” mağazalar şəbəkəsindən smartfon alanlar “Nar Mobile” mobil operatorundan bonuslar qazanacaqlar


“Nar Mobile” mobil operatoru istifadəçilərə mobil telefonlarını yeniləmək üçün mükəmməl bir fürsət verdi. Belə ki, 2014-cü ilin 1-31 dekabr tarixləri arasında “Irshad Electronics” mağazalar şəbəkəsinə müraciət edərək istənilən smartfonu ilkin ödənişsiz alan hər bir kəs “Nar Mobile” mobil operatorundan bonuslar qazanacaq. Qeyd edək ki, “Nar” nömrədən əlavə olaraq, hədiyyə paketinə alınmış smartfonun qiymətinin 50%-dən artıq bir hissəsi dəyərində şəbəkədaxili danışıq dəqiqələri və həmin smartfonun qiymətindən asılı olmaqla 250 Mb-dək İnternet daxildir.

Kampaniya çərçivəsindəki bonuslar yalnız “0” tarifi daxilində aktivdir və 6 ay ərzində verilir. Eyni zamanda, səsli zənglər “0” tarifinə əsasən hesablanacaqdır. Bonusların aktiv olması üçün balans hər ay ən azı 5 AZN dəyərində artırılmalıdır. Bonusları yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq və ya “I” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək olar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler