» » Hökumətin qızıl payı Mərkəzi Banka verildi

Hökumətin qızıl payı Mərkəzi Banka verildi

Bölmə: İqtisadiyyat
Hökumətin qızıl payı Mərkəzi Banka verildi
Gədəbəy qızıl-filiz yatağında hasil edilən əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan – 12865,2 troy unsiya (400,2 kiloqram) təşkil edən növbəti partiya qızıl külçələri Mərkəzi Banka yerləşdirilib.

Xalqinfo.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, qızıl Nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilərək Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl həmin yataqdan hasil edilmiş Azərbaycan Hökumətinin mənfəət payı olan 60813,8 troy unsiya (1891,7 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr də saxlanc üçün Mərkəzi Banka verilib.

Ümumilikdə, Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı hazırda 73679,0 troy unsiyaya vəya 2291,9 kiloqrama çatdırılıb. Bu isə o deməkdir ki, hökumət bazar dəyəri 91,7 milyon ABŞ dolları olan qızıl ehtiyatına malikdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler