Noyabrda büdcə müzakirələri başlayırBölmə: İqtisadiyyat
2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin Milli Məclisin (MM) iclaslarında müzakirə ediləcəyi vaxt bir daha dəqiqləşib. Xalqinfo.az-ın məlumatına görə, büdcə zərfinə daxil olan “2019-cu il dövlət büdcəsi haqqında”, “ 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri noyabrın 1-dən 8-dək parlamentin komitələrində müzakirə ediləcək. Daha sonra isə büdcə zərfinə daxil olan MM-in noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Büdcə zərfi barədə millət vəkillərini maliyyə naziri Samir Şərifov məlumatlandıracaq. Beləliklə, 2019-cu ilin dövlət büdcəsi MM-in 5 plenar iclasında müzakirə olunacaq. Büdcədə həmçinin artımların olacağı gözlənilir. Bunu isə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən bildiriblər. Qeyd edilib ki, hər il olduğu kimi, 2019-cu ilin büdcəsində də artımlar olacaq, ancaq artımlar nə qədər olacaq, o, yaxın günlərdə dəqiq bilinəcək. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|