» » Rüşvətin qlobal həcmi açıqlandı

Rüşvətin qlobal həcmi açıqlandı

Bölmə: İqtisadiyyat
Rüşvətin qlobal həcmi açıqlandı
Hər il dünya üzrə təxminən 1 trln. ABŞ dolları həcmində vəsait rüşvətə yönəldilir.

Xalqinfo.az xəbər verir ki, bu barədə Report.az "Vedomosti" qəzetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, BMT-nin Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş hesabatında dünya iqtisadiyyatının daha 2,6 trln. dolları korrupsiya səbəbindən itirdiyi qeyd edilib. Bu da qlobal iqtisadiyyatın 5%-nə bərabərdir. İnkişaf etməkdə olan ölkələrdə oğurlanan pullar isə onlara verilən xeyriyyə vəsaitini 10 dəfə üstələyir.

"Korrupsiya hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafını dayandıracaq ciddi cinayətdir. Bu cinayətdən isə heç bir ölkə, region və ya birlik sığortalanmayıb", - deyə hesabatda qeyd edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler