2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edirBölmə: İqtisadiyyat
Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi davam edir. Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə ediləcək. Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|