» » Azərbaycanda qeyri-neft sektoru artıb -

Azərbaycanda qeyri-neft sektoru artıb - 2 faizdən çox

Bölmə: İqtisadiyyat
Azərbaycanda qeyri-neft sektoru artıb -
2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 56,48 milyard manatdan çox təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azdır.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, adambaşına düşən ÜDM 5,8 min manata yaxın olub.

Bu ilin on ayı ərzində ölkənin qeyri-neft sektorunun payına düşən ÜDM ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,1 faiz artıb. Neft-qaz sektorunda isə 6 faizlik azalma müşahidə olunub.

Azərbaycanda ÜDM-nin strukturunun 40,2 faizi (22,7 milyard manat) sənaye sahəsində, 8,8 faizi (5 milyard manat) tikinti sahəsində, 5,8 faizi (3,25 milyard manat) kənd, meşə və balıqçılıq təsərrüfatlarında formalaşıb.

Məhsula və idxala xalis vergilər ÜDM-nin 7,3 faizini təşkil edib.

Hesabatda qeyd olunur ki, xidmət sektorunda istehsal ÜDM-nin 10,2 faizi (5,8 milyard manat) nəqliyyat vasitələrinin ticarəti və təmirinin, 6,9 faizi (3,88 milyard manat) nəqliyyat və anbar təsərrüfatının, 2,4 faizi (1,37 milyard manat) turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinə, 1,7 faizi (934,4 milyon manat) informasiya və kommunikasiya xidmətlərinə, 16,7 faizi (9,44 milyard manat) digər xidmət sahələrinin payına düşüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler