» » Gömrük Komitəsi 50 milyon manat artıq toplayıb

Gömrük Komitəsi 50 milyon manat artıq toplayıb

Bölmə: İqtisadiyyat
Gömrük Komitəsi 50 milyon manat artıq toplayıb
Dövlət Gömrük Komitəsi bu il üçün dövlət büdcəsində nəzərdə tutulan gömrük öhdəliyini tam yerinə yetirib.

Komitədən daxil olan xəbərə görə, 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununa əsasən, Dövlət Gömrük Komitəsi üçün 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi müəyyənləşdirilib. Bu ilin 16 noyabr tarixinə faktiki olaraq 2 milyard 300 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməklə 2017-ci il üzrə müəyyən olunan 2 milyard 250 milyon manat illik büdcə öhdəliyi vaxtından əvvəl 50,0 milyon manat artıq və ya 102 faiz yerinə yetirilib.

2017-ci ilin 16 noyabr tarixinədək olan dövr ərzində idxal əməliyyatlarının həcmi 7 milyard 341 milyon ABŞ dolları olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 milyon ABŞ dolları məbləğində azalmasına baxmayaraq, 2017-ci ilin 16 noyabr tarixinə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 355,5 milyon manat artıq gömrük ödənişləri yığılaraq köçürülməsi təmin olunub. Cari ilin qalan dövrü ərzində də idxal mallarına tətbiq olunacaq gömrük vergi və rüsumlarına görə alınacaq ödənişlər illik proqnozun daha böyük məbləğdə yerinə yetirilməsini şərtləndirəcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler