» » Dövlət Gömrük Komitəsindən büdcəyə daxilolmalar azalıb

Dövlət Gömrük Komitəsindən büdcəyə daxilolmalar azalıb

Bölmə: İqtisadiyyat
Dövlət Gömrük Komitəsindən büdcəyə daxilolmalar azalıb
Bu ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 243 mln. 670,2 min manat təşkil edib.

Xalqinfo.az xəbər verir ki, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə daxilolmalar 16 mln. 20,3 min manat və ya 7,04% artıb. Komitənin xətti ilə dövlət büdcəsinə daxilolmalar cari ilin avqust ayı ilə müqayisədə 36 mln. 458,20 min manat və ya 13,01% azalıb.

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 56 mln. 164,63 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 176 mln. 287,1 min manat, aksizlər üzrə 7 mln. 838,9 min manat, yol vergisi üzrə isə 3 mln. 379,6 min manat təşkil edib


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler