» » Sabah dolların məzənnəsi kəskin arta bilər -

Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz

Bölmə: İqtisadiyyat
Sabah dolların məzənnəsi kəskin arta bilər -
Sabah ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər.

"Xalqinfo" "Report"a istinadən xəbər verir ki, "Bloomberg" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər iyul ayında inflyasiya göstəricisinin 0,2% olması gözlənilir. Son 4 ayda inflyasiyanın proqnozlardan aşağı templə artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini dəyişdirməsinə mane olur. Belə ki, FED-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir. Faktiki isə illik inflyasiya 1,7%-dən 1,4%-ə geriləyib.

İqtisadçılar iyul ayında inflyasiyanın sürətlənməsi ehtimalını dolların ucuzlaşması, idxal qiymətlərinin artması və işçi qüvvəsinə artan tələblə izah edirlər. Buna baxmayaraq, sorğuda iştirak edən 75 respondentin 21-i inflyasiyanın 0,1% təşkil edəcəyini bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler