» » 21,8 milyard manatlıq məhsul istehsal olub

21,8 milyard manatlıq məhsul istehsal olub

Bölmə: İqtisadiyyat
21,8 milyard manatlıq məhsul istehsal olub
2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz az sənaye məhsulu istehsal edilib.

“Xalqinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 faiz artıb, neft sektorunda isə 7,1 faiz azalıb.

Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 8,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, içkilərin istehsalı 30,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 98,5 faiz, geyim istehsalı 49,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 83,3 faiz, kağız və karton istehsalı 0,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,3 faiz, əczaçılıq məhsullarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 57,3 faiz, tikinti materiallarının istehsalı 38,3 faiz, kompüter və elektron məhsulların istehsalı 57,6 faiz, elektrik avadanlıqlarının istehsalı 69,0 faiz, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 19,3 faiz, mebel istehsalı 26,1 faiz artıb, tütün məmulatlarının istehsalı 23,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 38,3 faiz, poliqrafiya məhsullarının istehsalı 43,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,4 faiz, hazır metal məmulatlarının istehsalı 30,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 52,0 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz azalıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler