» » SOCAR Türkiyədəki layihələrə 12.6 milyard dollar xərcləyib

SOCAR Türkiyədəki layihələrə 12.6 milyard dollar xərcləyib

Bölmə: İqtisadiyyat
SOCAR Türkiyədəki layihələrə 12.6 milyard dollar xərcləyib
“Azərbaycan Dövlət Neft Şirkəti - ARDNŞ Türkiyənin ən böyük xarici sərmayəçilərindəndir”.

Xalqinfo.az xəbər verir ki, bunu “SOCAR Turkey Enerji A.Ş.”-nin xarici əlaqələr üzrə rəhbəri Murad LeCompte deyib.

O bildirib ki, şirkət Türkiyədə investisiyalara 2008-ci ildə başlayıb. Şirkətin iri investisiya layihələri arasında “Petkim”, “Petlim”, 2018-ci ildə fəaliyyətə başlayacaq “STAR” Neft Emal Zavodu, yenə 2018-ci ildə ilk qazın nəql ediləcəyi TANAP var.

Murad LeCompte investisiyaların həcminin 12.6 milyard dollara çatdığını vurğulayıb. Məlum olub ki, layihələr tamamlandıqda bu məbləğ 19.5 milyard dolları keçəcək: “Bu qədər böyük bir investisiyanın Türkiyə üçün çox əhəmiyyətli olduğunu düşünürəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler