» » Dizelin qiyməti dəyişəcəkmi? - Tarif Şurasından açıqlama

Dizelin qiyməti dəyişəcəkmi? - Tarif Şurasından açıqlama

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Dizelin qiyməti dəyişəcəkmi? - Tarif Şurasından açıqlama
Azərbaycanın Tarif şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.

Xalqinfo”nun Trend-ə istinadən məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib:

“Hazırda Tarif Şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının tariflərinin, dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur”.

O həmçinin qeyd edib ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib: “Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tarifləri dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu, o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler