» » 50-yə yaxın sığorta agentinin lisenziyası ləğv edilib

50-yə yaxın sığorta agentinin lisenziyası ləğv edilib

Bölmə: İqtisadiyyat
50-yə yaxın sığorta agentinin lisenziyası ləğv edilib
Bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb və iki fiziki şəxsə verilmiş lisenziya ləğv edilib.

Xalqinfo.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu barədə Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli iclasında qərar verilib.

Direktorlar Şurasının iclasında Sığorta bazarına nəzarət departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq müsbət qərar qəbul edilib.

Lisenziyaların dayandırılmasına səbəb sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” qanunun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler