» » Neft Fondunun qızıl külçələr üzrə xalis gəliri azalıb

Neft Fondunun qızıl külçələr üzrə xalis gəliri azalıb

Bölmə: İqtisadiyyat
Neft Fondunun qızıl külçələr üzrə xalis gəliri azalıb
2016-cı ilin sonuna Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilən qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib. Bu da fondun dəyər ifadəsi ilə 1,968,469 min manat dəyərində qızıla sahib olması deməkdir.

Xalqinfo.az ARDNF-a istinadən xəbər verir ki, ötən il qızıl külçələr üzrə xalis gəlir 349,574 min manat olub. 2015-ci illə müqayisədə bu sahədə gəlirlik 2 dəfə azalıb. Belə ki, göstərilən ildə qızıl külçələr üzrə xalis gəlir 716,751 min manat təşkil edib.

Qeyd edək ki, 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızıl Azərbaycana gətirilməyə başlanılıb. 2016-cı ilin sonuna qədər ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil edib.

Onu da bildirək ki, investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. Fondun investisiya portfelində qiymətli metalın payı 3.4 faiz təşkil edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler