» » “Kapital Bank”ın reytinqi təsdiqləndi

“Kapital Bank”ın reytinqi təsdiqləndi

Bölmə: İqtisadiyyat
“Kapital Bank”ın reytinqi təsdiqləndi
“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “BB-/B” səviyyəsində təsdiqləyib.

Bankdan verilən məlumata görə, bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Xalqinfo.az xəbər verir ki, “Agentliyin mütəxəssisləri öz hesabatlarında, “Kapital Bank”ın növbəti 12-18 ay ərzində biznes mövqeyini möhkəmləndirəcəyini proqnozlaşdırırlar. Hesabatda “Kapital Bank”ın ölkə bankları arasında daha dayanıqlı və etibarlı olması da qeyd edilib. Bankdakı struktur dəyişiklikləri sayəsində bank kredit sahəsini və rəqabətə davamlığını artırıb və daha yüksək reytinqlərə iddialıdır. Həmçinin qeyd olunub ki, ölkənin kredit bazarının 8,1%-i, əmanətlərin isə 15,8%-i məhz “Kapital Bank”ın payına düşür. Hazırda ölkənin maliyyə bazarında olan mövcud durumu nəzərə alaraq, bankın reytinqinin əvvəlki səviyyədə saxlanılması, bizim üçün olduqca əhəmiyyətlidir”, - “Kapital Bank”dan bildiri

Qeyd edək ki, “Kapital Bank” maliyyə göstəricilərinin artımı və fəaliyyətinin inkişafı 2016-cı ilin uğurlu yekunlarını əks etdirib. Bankın aktivləri il ərzində 53,3% artaraq, 3,1 mlrd. manat, müştərilərə verilən kreditlər 9,1% artaraq 1,3 mlrd. manat, əhalinin müddətli əmanətlərinin həcmi isə 30% artaraq 593,6 mln. manat olub. Bankın xalis mənfəəti 52,4 mln. manat, nizamnamə kapitalı 185,8 mln. manat, məcmu kapitalı 282,1 mln. manat təşkil edib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler