» » Heydər Əsədov Yevlaxda vətəndaşları qəbul edib

Heydər Əsədov Yevlaxda vətəndaşları qəbul edib

Bölmə: İqtisadiyyat
Heydər Əsədov Yevlaxda vətəndaşları qəbul edib
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 9-da Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl nazir Heydər Əsədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.

Nazir Heydər Əsədov Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub, Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətlərinin Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş laboratoriyasına baxış keçirib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, toxumçuluq, subsidiya və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sonra pambıq tarlasına və taxıl biçininə baxış keçirilib.

Nazir Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsəndən olan 100-ə yaxın mexanizatorun sürücülük vəsiqələrinin dəyişdirilməsi və texnikaların qeydiyyata alınması da həyata keçirilib.

Heydər Əsədov Yevlaxda vətəndaşları qəbul edib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler