» » Bakı İslam dünyasının turizm paytaxtı olacaq -

Bakı İslam dünyasının turizm paytaxtı olacaq - Sadiq Nəcəfi

Bölmə: İqtisadiyyat
Bakı İslam dünyasının turizm paytaxtı olacaq -
Bakı 2019-ci ildə İslam dünyasının turizm paytaxtı olacaq. Bunu Təbriz şəhər bələdiyyəsinin sədri Sadiq Nəcəfi deyib. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərarı ilə 2018-ci ildə Təbriz İslam dünyasının turizm paytaxtı olacaq.

Xalqinfo.az xəbər verir ki, bələdiyyə sədri Təbrizin tarix, mədəniyyət, ədəbiyyat, incəsənət, din elm, alimlər, mübarizlər şəhəri olduğunu vurğulayıb: “Şəhriyar həm Təbrizin, həm də İranın böyük şairidir. Mövlananı Mövlana edən Şəms Təbrizi Təbrizdən çıxıb. Mübarizə sahəsində Təbrizdən çıxan Səttarxan, Bağırxan, şəhid Baqiri İran tarixində nüfuzlu, çox əhəmiyyətli şəxsiyyətlərdir. Zeynəb Bacının İrandakı məşrutə tarixində çox böyük rolu olub. Pərvin Ehtisami də Təbrizin əhəmiyyətli şəxsiyyətlərindən olub”.

S.Nəcəfli xatırladıb ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Türkiyənin Konya şəhəri olub, hazırda Səudiyyə Ərəbistanının Mədinə şəhəri bu statusu daşıyır: “2018-ci ildə Təbriz, 2019-cu ildə isə Bakı İslam dünyasının turizm paytaxtı olacaq”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler