» » HP-sı “2016-cı il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə rəy verdi

HP-sı “2016-cı il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə rəy verdi

Bölmə: İqtisadiyyat
HP-sı “2016-cı il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə rəy verdi
Hesablama Palatasının növbəti Kollegiya iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi geniş müzakirə edilib.

Xalqinfo.az xəbər verir ki, 5 bölmədən ibarət olan rəyin tərtibinin hüquqi əsasları, məlumat bazası, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait, həmçinin gəlir və xərclərin təhlilinin nəticələri barədə məlumat verilib.

Rəydə dövlət büdcəsi gəlirlərinin mənbələri, dövlət borcunun mövcud durumu, büdcə kəsiri və maliyyələşdirilmə mənbələri bağlı təhlilə geniş yer verildiyi, dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və paraqrafları səviyyəsində ətraflı araşdırıldığı, Hesablama Palatasının apardığı nəzarət tədbirlərinin nəticələri əsasında tövsiyə və təkliflərin əks olunduğu bildirilib.

İclas iştirakçıları rəy barədə fikir və təkliflərini bildirib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı Kollegiya Qərarı qəbul olunub.

Kollegiyada Hesablama Palatasının 2017-ci il üçün İş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiq edilib aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler