» » Əmək müqavilələrinin müddəti dəyişdirilir

Əmək müqavilələrinin müddəti dəyişdirilir

Bölmə: İqtisadiyyat
Əmək müqavilələrinin müddəti dəyişdirilir
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunub.

Xalqinfo.az Report-a istinadən məlumatına görə, dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq.

Hazırki qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: “Çünki müddət əvvəllər 5 illik idi, indi sə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli olanın vaxtını artıq tərəflər müəyyən edəcək neçə il olsun”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler