» » Deputat mandatını ləğv edə bilən qanun

Deputat mandatını ləğv edə bilən qanun

Bölmə: İqtisadiyyat
Deputat mandatını ləğv edə bilən qanun
Əslində qanunun özü yaxşıdı, amma ayrı-ayrı maddalərinə görə deputalar arasında ciddi müzakirə və etirazlara səbəb olub. Artıq Milli Məclisin İnsan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələri arasında qızğın müzakirələr başlayıb.

Bu sözləri Axar.az-a Milli Məclisin deputatı, professor Elman Nəsirov “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi haqda danışarkən deyib. Onun sözlərinə görə, hazırda qanun layihəsi üstündə ciddi dəyişikliklər həyata keçirilir:

“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi dünya təcrübəsindən təsirlənərək yazılıb. Əslində müsbət məqamlar kifayət qədərdir. Sadəcə olaraq, əsas problem maddələrin çox olması və təkrarçılığa yol verilməsidir. 13 maddədən ibarət qanun layihəsinin müddəaları arasında uyğunsuzluq kifayət qədərdir. Müzakirələrdən sonra belə nəticəyə gəlinib ki, maddələr azaldılaraq, daha yığcam və qısa edilsin.

Deputatlıq çox şərəfli statusdur. Eyni zamanda, çox məsuliyyətli vəzifədir. Qanun elə yazılmalıdır ki, şərəf və məsuliyyət arasında balans pozulmasın.

Mövqeyini parlamentdə səsləndirmək deputatın hüququdur. Çıxış zamanı predmetdən kənara çıxmaq deputatın davranış qaydalarına əməl etməməsi demək deyil”.

E.Nəsirovun fikrincə, deputatlıq mandatının ləğvi prosesində seçicilərin də rəyi nəzərə alınmalıdır:

“Deputatı seçən xalqdı. Hər bir deputatın 38-40 min seçicisi var. Onun mandatının ləğv edilməsi yalnız İntizam Komissiyasının səlahiyyəti altında baş verə bilməz. Seçicilərin də bu prosesdən kənarda qalması düzgün olmaz.

Həmçinin, deputatlıq mandatının təsdiqi Konstitusiya Məhkəməsinin səlahiyyətlərində olan məsələdir. Belə olan halda, ləğvi də Konstitusiya Məhkəməsinin iştirakı ilə həyata keçirilməlidir.

Bütün bunları nəzərə alaraq, yekun nəticə kimi, qanun layihəsinin üstündə dəyişikliklər etmək lazım olduğu qənaətinə gəlinib. Yalnız bütün komitələr baxdıqdan və fikir bildirdikdən sonra plenar iclasa tövsiyə oluna bilər. Son variant hələ təqdim olunmayıb”.

Qeyd edək ki, yeni hazırlanmış "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinə görə, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin, işgüzar nüfuzunu alçaldan kobud təhqiramiz sözlərə yol verməməli, bu cür hərəkətlər edilməsinə çağırmamalıdır.

Deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozarsa, mandatı əlindən alınacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler