» » Beynəlxalq Bankda da iki yeni TƏYİNAT

Beynəlxalq Bankda da iki yeni TƏYİNAT

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Beynəlxalq Bankda da iki yeni TƏYİNAT
Azərbaycan Beynəlxalq Bankının menecment komandasına daha 2 yeni şəxs qoşulub. Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Emil Qədimov Bankın İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bu vəzifədə o, filialların idarə edilməsi məsələləri ilə məşğul olacaq.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş E.Qədimov bank sektorunda 2003-cü ildən fəaliyyət göstərir. “Unibank” ASC-də, “Bank Standard” QSC-də, “NikoilBank” ASC-də müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər Azərbaycan Beynəlxalq Bankının Səbail filialının müdiri vəzifəsini müvəqqəti icra edib.

Elvin Məmmədov isə Bankın Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş E.Məmmədov bank sektorunda 2006-cı ildən çalışır. “Bank of Baku” ASC-də, “Unibank” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Son təyinata qədər “AzərTürk Bank” ASC-nin Problemli kreditlər departamentinin direktor müavini olub. O, Azərbaycan Beynəlxalq Bankının Problemli kreditlərlə iş departamentinin direktoru vəzifəsində Akif Əliyevi əvəz edib. A.Əliyev isə Bankın İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler