» » AİF istiqrazlarının ümumi həcmi 50 milyona çatdı

AİF istiqrazlarının ümumi həcmi 50 milyona çatdı

Bölmə: İqtisadiyyat
AİF istiqrazlarının ümumi həcmi 50 milyona çatdı
Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni istiqraz emissiyasını dövlət qeydiyyatına alıb.

Xalqinfo.az palataya istinadən xəbər verir ki, emissiya fondun hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd faizli ipoteka istiqrazlarının (20 mln.manatlıq) buraxılışını nəzərdə tutur. İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Qiymətli kağızlar üzrə gəlirlik 3%, tədavül müddəti isə 3600 gündür. Yerləşdirmənin anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir.

Bununla da, AİF-in bu il emissiya etdiyi istiqrazların ümumi həcmi 50 mln. manata çatıb.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler