» » Münaqişə yenidən alovlanır: Tramp hərəkətə keçdi

Münaqişə yenidən alovlanır: Tramp hərəkətə keçdi

Bölmə: İqtisadiyyat
Münaqişə yenidən alovlanır: Tramp hərəkətə keçdi
Şimali Koreya Yapon dənizinə ballistik raket buraxıb.
Raket Şimali Koreyanın Pxyonan-Pukto vilayətindən yerli vaxtla saat 07.55-də buraxılıb. Raketin uçuş trayektoriyası hələ təyin edilməyib.

Raket “Nodon” tiplidir və onun uçuş məsafəsi 1300 km. təşkil edir. Əvvəl daxil olan məlumata görə, ballistik raket 500 km məsafəni uçub və dənizə düşüb. Daha sonra yapon hərbçiləri raketin Şimali Koreya sahillərindən 350 km. məsafədə düşdüyünü iddia etdilər.

Raket buraxılandan dərhal sonra Cənubi Koreya və Yaponiya Milli təhlükəsizlik şurası təcili iclas keçirib. Yaponiya, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəti cavab verəcəyinə ümid etdiyini bildirib.

Şimali Koreya lideri Kim Çen In xalqa Yeni il müraciətində bildirmişdi ki, ölkəsi artıq qitələrarası ballistik raketin hazırlanmasını başa çatdırıb və istənilən vaxt onu buraxa bilər.
ABŞ Prezidenti Donald Tramp, balistik raket sınağı keçirən Şimali Koreyaya qarşı, Yaponiyanın “100 faiz arxasında” olduqlarını bildirdi.
ABŞ-da rəsmi səfərdə olan Yaponiyanın baş naziri Sinzo Abe Donald Trampla Florida ştatında, Şimali Koreyanın ballistik raket sınağı ilə bağlı mətbuat konfransı keçirib.
Konfransda Tramp: “Amerika Birləşmiş Ştatları, böyük müttəfiqi Yaponiyanın yüz faiz arxasındadır” deyib. Yaponiyanın baş naziri isə, “Şimali Koreyanın son raket sınağı qətiyyən qəbul edilməzdir. Şimali Koreya BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tabe olmalıdır” deyib.

Leyla Həsənova


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler