» » 78 adda dövlət əmlakı satışa çıxarıldı

78 adda dövlət əmlakı satışa çıxarıldı

Bölmə: İqtisadiyyat
78 adda dövlət əmlakı satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 mart 2017-ci il tarixində keçiriləcək hərraca 78 dövlət əmlakı çıxarılıb.

Xalqinfo” xəbər verir ki, hərraca çıxarılan əmlakların 17-i kiçik dövlət müəssisəsi, 21-i səhmdar cəmiyyət, 36-sı isə istifadəsiz qeyri-yaşayış sahələridir.

Hərraca həmçinin ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı da çıxarılıb. Həmin əmlaklara Hacıqabulda yerləşən “Hacıqabul sahəsinin əmlak kompleksi”, Lerikdə yerləşən “Lerik xalça sexinin əmlak kompleksi” və digərləri daxildir. Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri əsasən tikinti, sənaye, nəqliyyat, inşaat sahələrinə aiddir. Paytaxt və regionlarda yerləşən belə iri müəssisələr sırasına Salyan Kəndkimya, Sabirabad Mexanikləşdirmə, Xəzər Avtonəqliyyat kimi səhmdar cəmiyyətlər daxildir.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri paytaxtın Nizami, Nəsimi, Səbail və Xəzər rayonlarında, regionlarda isə Şəki və Göygöl rayonlarında yerləşir. Kiçik dövlət müəssisələrindən ən yüksək qiymətə təklif olunanı Nizami rayonunda yerləşən təsərrüfat hesablı təmir tikinti sahəsidir.(Azertac)


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler