Dollar qonşularımızda ...

Bölmə: İqtisadiyyat
DollarSon bir həftədə neft qiymətinin 56 dollar civarında möhkəmlənməsi, bəzi günlərdə isə 58 dollara qalxması qonşularımızda ABŞ valyutasının ucuzlaşmasına növbəti dəfə təsir edib.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, Moskva birjasında 1 dollar 60,2 rubla enib. Artıq bir müddətdir ki, dolların kursunda 60 rubl civarında olan məzənnə saxlanılmaqdadır. Ekspertlər Rusiyanın iqtisadi baxımdan çətinlik çəkdiyi hazırkı dönəmdə dolların 60 rubldan aşağı düşməsinin istehsalın maya dəyərinin artmasına və ixraca mənfi təsirini nəzərə alaraq, bu məzənnənin qorunmasına çalışıldığını açıqlayıblar. Təsadüfü deyil ki, İngiltərənin “Banker” dərgisi Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanı ən yaxşı baş bankir seçib.

Əsas neft ixracatçısı olan İranda da dolların dekabrın 29-dan ucuzlaşmağa başlaması davam edib və 4100 tüməndən 3940 tümənə düşüb.

Türkiyədə isə əks proses baş verib. Bayram günlərində dollar bahalaşıb və lirəyə nisbətdə yeni rekord müəyyənləşib: 3,60 lirə. Bu gün isə nisbi ucuzlaşma özünü göstərir və hazırda 1 dollar 3,57 lirəyə təklif edilir.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli 56,30 dollara satılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Kainat Şirin

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler