Dünya Bankından Azərbaycanla bağlı - ProqnozBölmə: İqtisadiyyat
2017-ci ildə Azərbaycanda inflyasiya səviyyəsi 2,4 faiz təşkil edəcək. 2018-ci ildə isə bu göstərici 2,1 faizə bərabər olacaq. "Xalqinfo" Trend-ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatında deyilir. Daha əvvəl Dünya Bankı 2017-ci ildə istehlak qiymətlərinin 4,1 faiz artacağını proqnozlaşdırmışdı. Hesabatda qeyd olunur ki, bank Azərbaycanda inflyasiyanı 2016-cı il üçün 12 faiz səviyyəsində proqnozlaşdırıb. Qeyd edək ki, 2016-cı ilin 10 ayı ərzində Azərbaycanda istehlak qiymətləri və xidmət tarifləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb. Azərbaycan hökumətinin hazırladığı sosial-iqtisadi inkişaf konsepsiyasının layihəsinə əsasən, 2017-ci ildə inflyasiya 7,3, 2018-ci ildə isə 4,9 faiz proqnozlaşdırılır. Bundan başqa, Dünya Bankı Azərbaycanda ümumi daxili məhsulun artımını 2017-ci il üçün 1,2 faiz, 2018-ci il üçün 2,3 faiz olaraq proqnozlaşdırıb. Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu göstəricilər, müvafiq olaraq, 1 və 1,5 faiz proqnozlaşdırılır. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|