» » Bu il manatın məzənnəsinə nələr təsir edəcək?


Bu il manatın məzənnəsinə nələr təsir edəcək?

Bölmə: İqtisadiyyat
Bu il manatın məzənnəsinə nələr təsir edəcək?

2017-ci ildə manatın məzənnəsinə başlıca olaraq valyuta bazarında tələb amilləri və onların idarə olunması, o cümlədən idxalın əvəzlənməsi prosesi təsir edəcək.

Xalqinfo.az MB-a istinadən xəbər verir ki, valyuta bazarında təklifin həcminə isə ixrac potensialının reallaşdırılması təsir edəcək.

Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədini daşıyacaqdır. Valyuta bazarının inkişaf etdirilməsi, o cümlədən, məzənnə risklərinin tənzimlənməsi alətlərinin inkişafının təşviqi 2017-ci ildə də davam etdiriləcəkdir.

2017-ci ildə Mərkəzi Bank “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq, üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcəkdir. Üzən məzənnə rejimi iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, tədiyə balansının və iqtisadiyyatın çevik tarazlaşmasını təmin edir, habelə, pul siyasətinin pul kütləsi və faiz dərəcələrinə təsir imkanlarını artırır. Eyni zamanda, çevik məzənnə rejimi daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Bundan başqa yeni məzənnə rejimi valyuta ehtiyatlarının qorunmasını təmin edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler