» » Banklar gücləndirilmiş rejimə keçdi

Banklar gücləndirilmiş rejimə keçdi

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Banklar gücləndirilmiş rejimə keçdi

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə bayram günlərində – 31 dekabr - 4 yanvar tarixlərində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

"Xalqİnfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə Palata banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib.

Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr – 4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

O cümlədən, bayram günlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler