“Azərbaycan da valyuta spekulyasiyalarına məruz qalır” - ƏrdoğanBölmə: İqtisadiyyat
“Kimlərsə valyuta bazarında spekulyasiyalar edərək bir sıra ölkələrin, o cümlədən Türkiyənin iqtisadiyyatına təsir etməkdədir”. “Xalqİnfo” APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “İqtisadiyyatımıza valyuta bazarı üzərindən hücum edirlər. Bununla bağlı millətimə, xüsusilə də iş adamlarımıza müraciət etdim. Bilirəm ki, bəziləri bu çağırışımı istehza ilə qarşıladı. Halbuki, ortada 1994-cü ildən bəri yaşadığımız həqiqət var. Bir daha təkrar edirəm ki, valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır”, - deyə prezident bildirib. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|