» » “Muğanbank”dan plastik kartlar üzrə yeni il kampaniyası

“Muğanbank”dan plastik kartlar üzrə yeni il kampaniyası

Bölmə: İqtisadiyyat
“Muğanbank”dan plastik kartlar üzrə yeni il kampaniyası

“Muğanbank” ASC müştəriləri üçün plastik kartlar üzrə yeni il kampaniyasına start verib. Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, kart hesabı açıb, həmin hesaba vəsait mədaxil edən bütün müştərilərə, hesabındakı məbləğə uyğun pulsuz plastik kart hədiyyə olunacaq.

Qeyd edək ki, bütün növ kartlar üzrə “Mobile banking” xidməti, həmçinin VİSA və MC Platinum kartlarında “SMS Notification” xidməti pulsuzdur.

“Muğanbank”dan plastik kartlar üzrə yeni il kampaniyası





Əlavə olaraq 20 000 – dən 50 000 – dək (AZN, USD, EUR) məbləğində əmanət yerləşdirən hər bir müştəriyə bankımızdan VİSA və ya MC Gold və 50000- dən (AZN, USD, EUR) yuxarı məbləğdə əmanət yerləşdirən hər bir müştəriyə isə VİSA və ya MC Platinum plastik kart hədiyyə olunacaq.

Kampaniyanın müddəti 15.12.2016-30.12.2016

Visa Gold, Visa Premium, Visa İnfinite kartlarının sahibləri Azərbaycanda, bir çox imtiyazlardan istifadə edə bilərlər.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler