» » Bakıda ən ucuz şadlıq sarayının qazancı 60 000 manatdır-Araşdırma

Bakıda ən ucuz şadlıq sarayının qazancı 60 000 manatdır-Araşdırma

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Bakıda ən ucuz şadlıq sarayının qazancı 60 000 manatdır-Araşdırma
İqtisadçı ekspert: “Onların heç də hamısı öz gəlirlərini açıq şəkildə göstərmir...”
Bir neçə gün öncə Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusunun (Şəmkir) komandiri, general-leytenant Rövşən Əkbərovun övladına dəbdəbəli nişan məclisi keçirməsi ilə bağlı xəbərlər yayılmışdı. Nişan məclisinin mətbuatda bu qədər işıqlanmasına səbəb isə məclisə xərclənən pullarla bağlı idi.

Məclis Bakının ən bahalı restoranlarının birində - “Jumeirah Bilgah Beach Hotel”in restoranında baş tutub. Orada generallar və ölkənin tanınmış şəxsləri iştirak edib. Xatırladaq ki, həmin restoranda 1 nəfər üçün masanın qiyməti 250 avroya müştərilərə təqdim olunur.

Bu məsələ bizdə bir sual doğurdu: ölkədə, əsasən də Bakıda fəaliyyət göstərən şadlıq sarayları günü-gündən çoxalır. Bəs bu restoranlarda qiymətlər necədir və onlar nəyə əsasən hesablanır? Ümumiyyətlə, qiymətlər tənzimlənirmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Samir Əliyevlə danışdıq. Onun dediklərinə görə, şadlıq saraylarından bəziləri vergidən yayına bilir: “Şadlıq sarayları normalda sadələşdirilmiş vergi ödəyirlər. Yəni bir şadlıq sarayının aylıq gəlirinin 4%-i dövlətə çatır. Bu, o deməkdir ki, əgər aylıq gəlir 20 min manatdırsa, o, dövlətə 800 manat pul ödəyir. Ancaq bu faizlər Bakı şəhəri üçün hesablanır. Bakıdan kənarda isə vergi 2%-dir. Əgər şadlıq sarayının aylıq qazancı 120 min manatdan artıqdırsa, bu zaman əlavə dəyər vergisi ödənilir. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Bu zaman qazanılan pullardan xərclər, gəlirdən isə mənfəət vergisi çıxılır. Bir sözlə, şadlıq saraylarında vergi ödəməsi aylıq gəlirə görə hesablanır. Amma bütün şadlıq sarayları öz gəlirlərini açıq şəkildə göstərmir. Bəziləri vergidən yayına bilir. Çünki onların bir çoxuna bu, sərf etmir”.

Kiçik bir araşdırma aparsaq, bir şadlıq sarayının təqribi olaraq aylıq gəlirini hesablaya bilərik. Hər kəsə məlumdur ki, belə məkanlarda qiymətlər stolun qiyməti ilə hesablanır. Bu qiymətlər isə müxtəlif olur. Paytaxtdakı şadlıq saraylarından bəzilərində olan qiymətlər belədir:

1. “Ağdaş” - 28-30-32 manat
2. “Ağsu” - 24-28-35 manat
3. “Alsu” - 20-27 manat
4. “Amor” - 45-55-65 manat
5. “Arena” - 40-45-52-60 manat
6. “Arzu” - 23-25-30 manat
7. “Aura Saray” - 40-45-55
8. “Ay işığı” - 45-50-80 manat
9. “Bakı Qecələri” - 25-55 manat
10. “Badi Səba” - 30-32-35 manat
11. “Banuçiçək” - 25-30-35 manat
12. “Büsat” - 35 - 40 manat
13. “Çingizxan” - 40-45-50 manat
14. “Çırağan” - 27-35 manat
15. “Elşən” - 25-28-30 manat
16. “Elvin” - 26-29-33-50 manat
17. “Emil” - 20-26 manat
18. “Qızıl qaya” - 30-35-70 manat
19. “Gənclik” - 42-47-60 manat
20. “Giləvar” - 35-40-45 manat
21. “Qismət” - 25-40 manat
22. “Qızıl tac” - 35-45-55 manat
23. “Qrand” - 22-25-30 manat
24. “Gülüstan” - 25-28-30 manat
25. “Həkəri” - 20-32 manat
26. “Həyat yolu” - 25-28-30-35 manat
27. “Madonna” - 60-70-90 manat
28. “Imperial” - 40-50-60-80 manat
29. “Kleopatra” - 35 manat
30. “Meqa palas” - 27-30 manat
31. “Kral” - 70-95-130 manat
32. “Meridian” - 42-50-60-70 manat
33. “Movida Plaza” - 40 manat
34. “Neptun” - 35-55 manat
35. “Sarı gəlin” - 60-70-90 manat
36. “Sərin” - 60-80 manat
37. “Su pərisi” - 30-45-50 manat
38. “Tac Mahal” - 20-25 manat
49. “Tural” - 40-45-50-55-60-70 manat
40. “Niaqara” - 60-75 manat
41. “Neapol” - 30-35 manat
42. “Xəmsə” - 30-32-34-36-60 manat
43. “Yeganə” - 22-30 manat
44. “Venera” - 32-35-40-45 manat
45. “Xan bağı” - 50-60-80 manat

İndi də ən ucuz masanın 20 manat olduğun nəzərə alaraq hesablama aparaq. Bir şadlıq sarayında ay ərzində ən azı 10 toy məclisi olarsa, həmin sarayda 300 nəfərlik yer olduğunu da nəzərə alanda ortalığa təxminən belə bir rəqəm çıxır - bir ay ərzində 60000 manat. Bu, hələ ən aşağı qiymətlərlə hesablanmış məbləğdir.
musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler