» » Əhali torpağa qaytarılır -

Əhali torpağa qaytarılır - Pullar necə bölünəcək?

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Əhali torpağa qaytarılır -
Son günlərdə prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm sərəncamlar imzalayıb. "Xalqİnfo" bildirir ki, “Qafqazinfo”nun əməkdaşı Dünya Sakit bu sərəncamlardan sonra gözlənilən proseslər haqda analitik yazı hazırlayıb. Həmin yazını təqdim edirik:

Dünən Prezident İlham Əliyev tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu ilin istehsalı da daxil olmaqla, emal müəssisələrinə satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək.

Sentyabrın 22-də isə prezident emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya ayrılmasına dair də sərəncam imzalayıb.

Sentyabrın 15-də imzalanan başqa bir sərəncamda barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya verilməsi nəzərdə tutulur. Veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Nazirlər Kabineti 2 ay müddətində Prezidentlə razılaşdırmaqla müddətində təsdiq etməlidir.

Aqrar sektorun inkişafına nail olunması məqsədi daşıyan bu addımlar nə qədər effektiv olacaq? Suala dəqiq cavabı əlbəttə ki, zamanla vermək mümkün olacaq. İndilik qeyd etmək lazımdır ki, pambıq, tütün kimi texniki bitkiçiliyin inkişafı sahəsində bu kimi addımlar çox zəruridir. Bu sahələrə dövlət dəstəyinin artırılması, onun real olaraq istehsalçılara çatmasının təmin olunması ciddi uğurlara zəmin ola bilər.

Təəssüf ki, taxılçılığın timsalında Azərbaycanda istehsalçılara yönəlik subsidiyalaşmada uğurlu nəticələr əldə olunmayıb. 2007-ci ildə taxıl istehsalçılarına birbaşa dövlət dəstəyi – subsidiyaların verilməsinə başlanıb, məbləğ getdikcə artıb. Lakin əldə olunan nəticələri ürəkaçan adlandırmaq mümkün deyil.

Belə ki, 2007-ci ildə 2 milyon tondan bir qədər yüksək olan taxıl istehsalının həcmi ötən il 2,9 milyon tona çatıb. Bu rəqəmlə bağlı kifayət qədər əsaslı saydığımız şişirdilmə iddialarını bir kənara qoysaq belə, 9 illik bir dövr üçün əldə olunan artımın heç də gözləntilərə uyğun olmadığını söyləyə bilərik. Nəzərə aldıqda ki, bu artıma rəğmən ölkənin ərzaq buğdasına olan tələbatı, demək olar ki, bütünlüklə idxal hesabına ödənilir (Azərbaycan 2014-cü ildə 1 milyon 500 min ton, 2015-ci ildə 1 milyon 358 min ton, 2016-cı ilin 7 ayında isə 788 min tondan çox buğda idxal edib– D.S.), Dövlət Taxıl Fondu keyfiyyət göstəricilərinin aşağılığı üzündən yerli taxılı ala bilmir, yaxud çox az alır, onda taxılçılığa verilən dövlət dəstəyinin gözləntiləri doğrultmadığını söyləyə bilərik.

Əhali torpağa qaytarılır -





Bunun çox mühüm bir səbəbi, əlbəttə, istehsalçılar üçün ayrılan subsidiyaların onlara natamam çatması, yaxud heç çatmamasıdır. Hələ 2012-ci ildə prezident İlham Әliyev “Azәrbaycan Respublikası regionlarının 2009 2013 cü illәrdә sosial iqtisadi inkişafı Dövlәt Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına hәsr olunmuş konfrasda bu barədə danışıb: “Bu subsidiyaları biz veririk. Amma әfsuslar olsun ki, biz bәzi hallarda bu sahәdә şәffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsә onları mәnimsәyir, özünә götürür. Bәzi hallarda fermerә çatacaq subsidiyaların bir hissәsi dövlәt mәmurlarının cibinә gedir. Bәzi hallarda, ümumiyyәtlә, istehsal olunan mәhsulun hәcmi, torpaq sahәlәri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bәzi hallarda lazım olan avadanlıqlar vә digәr vasitәlәr xaricdәn yüksәk qiymәtә gәtirilir. Yәni bu sahәdә biz tam şәffaflığı tәmin etmәliyik. Dövlәt öz kәndlisinә dәstәk verir vә verәcәk. Elә etmәk lazımdır ki, bu tәminat fermerlәrә maksimum dәrәcәdә yüz faiz çatsın”.

Prezident deyib ki, subsidiyaların verilmәsindә şәffaflığı tәmin etmәk üçün mexanizmlәr tәkmillәşmәlidir: “Ona görә hesab edirәm ki, yaxın aylarda subsidiyaların verilmәsindә birinci növbәdә әldә edilmiş tәcrübә bir daha tәhlil edilsin, tәkliflәr verilsin, müsbәt tәrәflәri ilә yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlәrdә mәn xüsusilә fermerlәrә müraciәt edirәm, onlar öz tәkliflәrini versinlәr Prezident Administrasiyasına, hökumәtә, İqtisadi İnkişaf Nazirliyinә, Kәnd Tәsәrrüfatı Nazirliyinә vә yerli icra orqanlarına. Tәkliflәri versinlәr, biz daha dәqiq bilәk ki, onları narahat edәn mәsәlәlәr nәdir. Mәn bilirәm ki, burada problemlәr var, şәffaflıq lazımi sәviyyәdә tәmin edilmәyib. Bu nöqsanlar tezliklә aradan qaldırılmalıdır. Fermerә nә qәdәr çatmalıdırsa, o qәdәr dә almalıdır. Heç kim onun puluna gözünü dikmәsin!”.

Prezidentin bu çıxışından sonra subsidiyaların hətta banklar vasitəsilə ödənməsinə başlansa da, təəssüf ki, bu sahədə ciddi dəyişiklik baş vermədi.

Əhali torpağa qaytarılır -





Ortada olan bu təcrübə pambıq, tütün və barama istehsalçılarına ayrılan subsidiyaların istehsalçılara çatdırılma mexanizmində ciddi dəyişikliyin aparılmasını, daha şəffaf qaydaların tətbiqini zəruri edir. Əslində, pambıqçılıq sahəsində ciddi kənarlaşmaların qarşısını almaq mümkündür: ölkədə yetişdirilən pambığın alıcıları məlumdur, pambığın fərdi qaydada xaricə ixracı yoxdur. Buna görə də alıcıların məlumatları əsasında subsidiyaların hesablanması kənaraçıxmaların qarşısını almağa imkan verəcək – hər halda, emal müəssisəsi aldığını şişirtməyə, satıcı isə azaltmağa imkan verəcək deyil. Lakin burada bir nüans nəzərə alınmalıdır. Belə ki, Azərbaycanda pambığın cəmi 2 alıcısı var və onlar da bir qayda olaraq razılaşmaya gedərək pambığa eyni qiymət qoyurlar. Bu şəraitdə onların sövdələşərək qiyməti dövlətin istehsalçılara ayırdığı həcmdə aşağı salmaları çox realdır. Bu isə verilən subsidiyanın istehsalçıya deyil, onlara çatmasına, son nəticədə istehsalın artımını stimullaşdırmaq məqsədinə nail olunmamasına gətirib çıxara bilər.

Qeyd edim ki, 2011-2015-ci illərdə şirkətlər tərəfindən 1 ton xam pambığın alış qiyməti 1-ci növ üçün 410 manat, 2-ci növ 400 manat, 3-cü növ 380 manat və 4-cü növ üçün 370 manat müəyyənləşdirilmişdi və bu qiymət istehsalçıları qane etmirdi. Nəticədə 2015-ci ildə cəmi 18,8 min hektarda pambıq əkildi, 35 min ton məhsul istehsal olundu. 2016-cı ildə ölkə üzrə 51,5 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 min hektar çoxdur. Dövlət dəstəyinin tətbiqi istehsalı artırmaqda o zaman stimullaşdırıcı rol oynayacaq ki, alıcılar arasında sövdələşmələr aradan qalxsın, bazara yeni alıcıların çıxışı təmin olunsun, nəhayət, istehsalçıların xarici bazara sərbəst çıxışına dəstək verilsin.

Əhali torpağa qaytarılır -





Pambıqçılıqdan fərqli olaraq, tütünçülük və baramaçılıqda subsidiyaların istehsalçıya çatmasında problemlərin olması ehtimalı çox yüksəkdir. Belə ki, Azərbaycanda istehsal olunan tütün bütünlüklə xaricə ixrac olunur, tütün məmulatlarının yerli istehsalçıları onu almırlar. Yeri gəlmişkən, ötən il ölkədə 3,4 min ton tütün yarpağı yığılıb. Hazırda dünya bazarında 1 ton tütünün qiyməti 5 min dollara yaxınlaşır. Rəsmi məlumatlara görə, ötən il Azərbaycandan 1944 ton tütün ixrac olunub ki, bundan da 7,5 milyon dollara yaxın gəlir əldə edilib.

Barama istehsalına gəlincə, ötən il Azərbaycanda cəmi 200 kiloqram yaş barama istehsal olunub. Bu ilin 7 ayında isə bu rəqəm 70,7 ton təşkil edib. Bu məhsulun ölkədə hələlik bir alıcısı tanınır – “Şəki-İpək” ASC. Hansı ki, Beynəlxalq Bankdakı kredit maxinasiyaları üzündən ötən il bütünlüklə pambıq sap istehsalına keçmək qərarı vermişdi. Bu il üçün müəssisənin hansı istiqamətdə işlədiyi bəlli deyil.

Göründüyü kimi, aqrar istehsalçılara birbaşa dövlət dəstəyi olan subsidilyaların bilavasitə onlara çatdırılma mexanizmi tamamən dəyişməli, şəffaf və ünvanlılığı tam təmin edəcək sistem qurulmalıdır. Hesab edirəm ki, bu işdə ASAN-ın nəzdində yaradılacaq Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs mühüm rol oynaya bilər. Subsidiyaların ABAD vasitəsilə verilməsi prosesdə şəffaflığı təmin etməyə imkan verər.



Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

Əhali torpağa qaytarılır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler