» » Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -

Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda - Fotolar

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tomaş Ayan, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov və vitse-prezidenti Azər Əliyev AAAF Park Yaşayış Kompleksinin qonağı olublar.

XalqInfo” xəbər verir ki, onlar burada ağır atletlər üçün yaradılan yüksək səviyyəli şəraitlə tanış olmaq üçün ərazini gəziblər. Qonaqlar ilk olaraq Kompleksin park hissəsi ilə tanış olublar.

AAAF Park Yaşayış Kompleksinin təsisçisi və Azərbaycanın ağır atletika yığmasının baş məşqçisi Tofiq Heydərov, həmçinin federasiyanın vitse-prezidenti Ruslan Xanverdiyev qonaqları müşayiət edərək ölkəmizdə idmana olan diqqət və qayğının nəticəsində belə imkanların yaradıldığını, atletlərin bu şansdan yararlana bildiyini qeyd ediblər.

Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortunun fəaliyyəti nümayiş etdirilib, bütün bunların gənc ağır atletlərin yüksək səviyyəli təhsil alması üçün edildiyi vurğulanıb. AAAF Parkda 50-yə yaxın perspektivli ağırlıqqaldıranın həm oxumaq, həm də məşq etmək üçün maksimum imkan yaradıldığı, onlara ən yüksək ixtisaslı müəllim və məşqçilərin dərs keçdikləri qeyd edilib. Tomaş Ayan bildirib ki, buradakı ideal şəraitin Azərbaycanda gənc nəslin sağlam yetişməsində böyük rolu var və bu şansı əldə edən hər bir məktəbli üçün sevinir, onlara uğurlar arzulayır.

Zalın yerləşdiyi təlim-məşq bazasındakı taxta kotteclər və otellərin yalnız və yalnız idmançılar üçün ayrıldığı, onların məşqlərdən sonra tam bərpa prosesi keçməsi üçün bütün mümkün detalların nəzərə alındığı haqda məlumat verilib.

XalqInfo.az

Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -
Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -
Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -
Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -
Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -
Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -
Cahangir Əsgərovla Azər Əliyev AAAF Parkda -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler