» » Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bölmə: İqtisadiyyat
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Sentyabrın 20-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin manat nominallı, AZ0104014516 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Xalqİnfo.az xəbər verir ki,. Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 19,349,500.00 manat olub. Sifarişlər 82.0500 manat (21.9974 faiz) və 88.9699 manat (12.4658 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 85.5450 manat (16.9906 faiz) orta ölçülmüş qiyməti 86.7330 manat (15.3806 faiz) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sentyabrın 21-də (t+1) həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2017-ci il sentyabrın 19-dur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler