» » Ruslan Quliyev: Hədəfimiz müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayını 25-30 faiz artırmaqdır

Ruslan Quliyev: Hədəfimiz müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayını 25-30 faiz artırmaqdır

Bölmə: İqtisadiyyat
Ruslan Quliyev: Hədəfimiz müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayını 25-30 faiz artırmaqdır
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası təsis edildiyi vaxtdan etibarən artıq üç ildir ki, tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində iştirak edir. Biz ildən-ilə artan Assosiasiya üzvlərini geniş şəkildə təqdim etmək niyyətindəyik. Bu gün biz Azərbaycanın ondan artıq kurort və sanatoriyasını birləşdiririk. Onlardan bir çoxu – Naftalan, Duzdağ postsovet məkanında kifayət qədər yaxşı tanınır. Bəziləri isə əvvəlki baza əsasında Qəbələ, Qax, Siyəzən və digər rayonlarda yenidən qurulub.

xalqinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev deyib.

R.Quliyev bildirib ki, sərgidə iştirak etməkdə məqsədimiz Azərbaycanda müalicə və sağlamlıq istirahətinin həm yerli, həm də xarici iştirakçılar arasında təşviqidir. Biz dünyanın müxtəlif ölkələrini təmsil edən ixtisaslaşmış təşkilatlarla fəal əməkdaşlıq edirik. Sevindirici haldır ki, biz bu sərgi çərçivəsində Belarus və Türkiyəni təmsil edən tərəfdaşlarla görüşlər keçirmişik.

Bu gün qarşımıza hədəf qoymuşuq ki, müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayını 25-30 faiz artıraq. Bunun üçün bizim bütün imkanlarımız var. Həmçinin mövsümdən asılı olmayaraq, müalicə turizminə il boyu böyük tələbat var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler