» » “Bizə valyuta gətirən ixrac məhsulları lazımdır” -

“Bizə valyuta gətirən ixrac məhsulları lazımdır” - İlham Əliyev

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR
“Bizə valyuta gətirən ixrac məhsulları lazımdır” -

“Keçən il 400 hektarda pambıq əkilmişdisə, bu il 2 min hektarda əkilib, yəni, beş dəfə çox. Proqram üzrə gələn il 7 min hektar sahədə pambıq əkiləcək. Ondan sonra daha da çox. Bu insanlara əlavə maddi imkan yaradacaq, həm məşğulluğu artıracaq, həm də ümumi işimizə bir töhfədir”.

“Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, bunu Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı yerli ictimaiyyət nümayəndələri ilə görüşündə prezident İlham Əliyev deyib.

Dövlət başçısı ölkənin neft gəlirlərinin azaldığını qeyd edib: “Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı düşəndə, bizim valyuta gəlirlərimiz də 3-4 dəfə aşağı düşür.

Düzdür, bu gün Azərbaycan bu böhrana davam gətirə bilir. Deyə bilərəm ki, neft hasil edən ölkələrin vəziyyətinə baxsaq görərik ki, Azərbaycan ən yaxşı vəziyyətdədir. Ancaq bununla bərabər, bizə valyuta gətirən ixrac məhsulları lazımdır. Kənd təsərrüfatı məhsulları arasında bu bölgə üçün ən məqbul sahələrdən biri də pambıqçılıqdır”.

Dövlət başçısı qeyd edib ki, yerli icra orqanları çalışmalıdırlar ki, öz rayonlarına yerli və xarici özəl sərmayə gətirsinlər: “Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir. Çünki bir daha demək istəyirəm ki, əsas infrastruktur layihələrinin icrası dövlətin məsuliyyətidir. Bu layihəyə dövlət böyük vəsait ayırıb. Biz son illər ərzində su layihələrinə milyardlarla manat vəsait ayırırıq. Bu layihələr gəlir gətirmir, sırf sosial məna daşıyır. Bir çox ölkələr var ki, pul xərcləməmək üçün bu layihələri icra etmirlər. Buna vəsait xərcləmək istəmirlər, qənaət edirlər. Biz isə sosial layihələri icra edirik. Çünki bu, insanlara lazımdır. Biz bu işləri insanlar üçün yaradırıq, qururuq, ölkəmizi inkişaf etdiririk.

Ona görə, yerli icra orqanları da gərək çalışsınlar ki, onların rəhbərlik etdikləri rayonlarda işlər daha sürətlə getsin. Rayonlar arasında çox sağlam rəqabət olmalıdır. Rayon rəhbərliyinə qiymət bu nəticəyə görə veriləcək. Əlbəttə ki, rayonun fəalları, ziyalılar, bütün ictimaiyyət bu işlərdə həmişə olduğu kimi, fəal olmalı və ümumi işimizə töhfə verməlidirlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler