Neft yenidən qalxdı

Bölmə: İqtisadiyyat
Neftin dünya bazarlarında qiyməti yenidən qalxıb.Neft yenidən
Xalqinfo.az-ın məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində dəyişiklik qeydə alınıb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar (0.27%) qalxaraq 63,37 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.05 dollar (0.08%) azalaraq 59,65 dollar təşkil edib.

Qeyd edək ki, Neft İxrac edən ölkələr təşkilatı (OPEC) növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. Nüfuzlu "The Wall Street Journal"ın ən optimist ssenarisinə görə, neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.

OPEK Azərbaycanda haqqında hesabat da yayıb. Hesabatda deyilir ki, Azərbaycanda 2015-ci ildə gündə 820 min barel neft hasil ediləcək. Ötən illə müqayisədə neft hasilatı sutkada 30 min barel azalacaq. Bu təşkilatın proqnozlarına görə, Azərbaycanda apreldə neft hasilatı 860 min barel təşkil edib və keçən ilin analoji dövrü ilə müqayisədə 20 min barel azalıb. Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda neft hasilatı sutkada 661 min barel təşkil edib.

"bp" şirkəti mayda gündə 150 min barel neft hasil edən “Qərbi Azəri” platformasında hasilatı 3 həftəliyə dayandırıb. Beləliklə, OPEK gözləyir ki, iyunda neft hasilatı 50 min barel azalacaq.

OPEK-in məlumatına görə, bu ilin I rübündə Azərbaycanda neft hasilatı sutkada 850 min barel təşkil edib. İlin II rübündə OPEK ölkədə neft hasilatını gündə 870 min barel, III rübdə 860 min barel, IV rübdə 790 min səviyyəsində gözləyir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler